Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və Gənclər Bursaya

A+ a-
01 Aprel 2015 11:50

     Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız bu günlərdə Türkiyənin Bursa şəhərində ənənəvi beynəlxalq turnirdə iştirak edəcəklər. 12 nəfərlik heyətə 16-18 yaşlı gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi Şahin Xudaverdiyev rəhbərlik edəcək.

     Əməkdar məşqçi 5 idmançını - Mircəlal Ələkbərovu (-55 kq), ELcan Məmmədrzayev (-61 kq), Elman Babayev (-76 kq), Emil Güləhmədov (+76 kq) və Şölə Həsənovanı bir daha sınaqdan çıxaracaq. 14-15 yaşlı yeniyetmələr arasında Hümmət Baxşəliyev (-52 kq), Fidan Teymurova və İnji Əzizova (hər ikisi -47 kq), Renata Ərəbli və Emiliya Mitlimova (hər ikisi -54 kq), eləcə də Bəsti İsmayılova (+54 kq) tatamiyə çıxacaq. 

     Kata yarışlarnda Roman Heydərov komandamızı təmsil edəcək. Milli dərəcəli hakim Mehman Əlirzayev isə yarışı idarə edən hakimlər arasında olacaq. Aprelin 2-də Bursaya yola düşən heyət 4 gün sora Bakıya dönəcək.