Istanbulda b[öyüklər arasında 50-ci Avropa çempionatının ikinci yarış günü komandalar tatamiyə çıxacaq. Əvvəlcə kişilərin yarış başlayacaq. Kişilər Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Ayxan Mamayev, Orxan Heydərli, Rafael Ağayev və Şahin Atamov dan ibarət heyətdə, qadınlar isə Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretska ilə mübarizəyə qatılacaq. Komanda çempionatında kişilərdə 22, qadınlarda isə 26 ölkə iştirak edir. Komanda yarışlarının mükafatları uğrunda görüşlər martın 22-də keçiriləcək.
Milli komandalarımızn çıxışlarından nəticələri birbaşa yarış zalından operativ olaraq təqdim edirik.
Kişilər
Azərbaycan - Ukrayna 2:1
Azərbaycan - Portquqaliya 2:2
Azərbaycan - Fransa 2:3
22 mart - Bürünc medal uğrunda görüş
Polşa - Almaniya görşünün qalibi ilə
Qadınlar
Azərbaycan - İngiltərə 4:5
2-ci yarış günündən şəkillərə federasiyanın rəsmi "Facebook" səhifəsindən baxa bilərsiniz.