Azərbaycan Milli Karate Federasiyasının beynəlxalq dərəcəli hakimlərindən Rənad Əliyev "Respublikanın Əməkdar Məşqçisi" fəxri adına layiq görüldü. O hakimlik fəaliyyəti ilə yanaşı həmçinin "Gosoko Ryu" idman klubunun prezidenti kimi çalışır.
R.Əliyevin yetirmələri arasında Ülvi Qurbanov, Vidadi Xalıqov, Musa Əsədzadə, Əli Həsənov, Emil Rzayev, Riyad Feyzizadə, Şahin Əsədov və daha bir neçə perspektivli və titullu idmançılar var. Onların sıraları genişlənməkdə, nəticələrəi isə yüksəlməkdədədir.
AMKF-in rəhbərliyi, həmçinin ofis, məşqçi, hakim və idmançı heyəti Rənad Əliyevi bu fəxri ad münasibəti ilə təbrik edir, ona yeni zəfərlər arzulayır.
