Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Hümmət Baxşəliyev Avropa üçüncüsüdür

A+ a-
06 Fevral 2015 22:27

     Hümmət Baxşəliyev (-52 kq) 14-15 yaşlı yeniyetmələr arasında Avropa çempionatının bürünc medalını qazandı. İsveçrənin Sürix şəhərində Yeniyetmə və gənclərin 42-ci Avropa çempionatında 5 döyüş keçirən perspetivli idmançımız daha yüksək nəticə göstərməyə qadir olsa da, 3-cü yerlə kifayətlənməli olub. 

    Yarışın ilk günü tatamiyə çıxan 8 karateçmiz arasında 14-15 yaşlı yeniyetmələrdən Riyad Feyzizadə (-63 kq) və Fidan Teymurovanın (-47 kq) bürünc medal qazanmaq imkanları osada da sonda onlar mükafatçılar arasına düşə bilmədilər. Onlardan başqa digər idmançılarımız da öz çəkilərində favoritlərdən sayılırdı, təəssüf ki, bəzi görüşlərdə idman bəxti rəqibin tərəfində oldu. Günün yekun nəticələrini təqdim edirik: 

 

 

 

14-15 yaşlı yeniyetmələr

Kumite

-52 kq, Hümmət Baxşəliyev

1. Frontişek Kastolnik (Slovakiya) 6:0

2. Filipp Kuehnel (Avstriya) 2:0

3. Kajit Kanaqasinqam (Fransa) 1:0

4. Luka Spitz (İsveçrə) 0:1

Təsəlliverici görüşlər

5. Nema Rusanqanva (Belçika) 8:2

Bürünc medal 

 

-63 kq, Riyad Feyzizadə 

1. Mitçel Torpe (İngiltərə) 1:9

Təsəlliverici görüşlər

2. Kayl Tomson (Şotlandiya) 1:0

3. Ruadhri Kollins (İrlandiya) 4:1

4. Albert Qalimov (Rusiya) 1:1

 

 

-70, Murad Balakişiyev 

1. Kevin Hummer (Danimarka) 0:4

 

 

+70 kq, Murad Hacızadə 

1. Aleksandr Ledevin (Fransa) 3:4

 

 

-47 kq, Fidan Teymurova 

1. Kristina Kozerenko (Rusiya) 3:0

2. Melinda Modos (Macarıstan) 6:0 

3. Aja Vukova (Xorvatiya) 0:4

Təsəlliverici görüşlər

4. Erden Van Der Jandn (Hollandiya) 0:6

 

 

+54 kq, Bəsti İsmayılova 

1. Dora Çzaqani (Macarıstan) 1:4

 

 

Kata

14-15 yaşlı yeniyetmələr

Roman Heydərov 

1. Boqi Benediktsson (İslandiya) 0:5 (hakimlərin qərarı ilə)

 

 

18-21 yaşlı gənclər

Rafiq Əmirov mübarizəni dayandırıb.

1. Xristos Nikalau (Kipr) 5:0

2. Maksim Ksenofontov (Rusiya) 2:3 

     

     İlk günün medal nəticəsin görə Azərbaycan 23 medal qazanan ölkə arasında 16-23cü yerləri bölüşdü.

     Avropa çempionatına 47 ölkədən 924 idmançı qatılıb. Nəticələr birbaşa yarış zalından onlayn rejimdə təqdim olunur. Operativ fotoşəkillərə federasiyanın rəsmi "Facebook" səhifəsindən (https://www.facebook.com/karate.az) baxa bilərsiniz.