Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Avropa çempionatına yola düşür. İsveçrənin Sürix şəhərində 3 yaş qurupu üzrə qitə çempionatında 23 idmançımız iştirak edəcək. Onlardan 21 nəfər kumite turnirində, 2 idmançı isə kata yarışlarında mübarizə aparacaq. Yanvarın ortalarında Xorvatiya "Qran Pri"sindən uğurla dönən idmançılarımız qarşıdakı məsul yarışa hazırlığı effektli təlim-məqşlərlə (fotoalbom rəsmi "Facebook səhifəmizdə) tamamlayıblar.
14-15 yaşlı yenietmələrin böyük məşqçisi, əməkdar məşqçi Anar Abdullayev seçimini Hümmət Baxşəliyevin (-52 kq), Riyad Feyzizadə (-63 kq), Murad Balakişiyev (-70 kq), Murad Hacızadə (+70 kq), Fidan Teymurova (-47 kq) və Bəsti İsmayılovanın (+54 kq) üzərində saxlayıb.
16-17 yaşlıların böyü məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyev isə Ülvi Qurbanovun (-61 kq), Hüseyin Əliyev (-68 kq), İsa Məmmədov (-76 kq), Vəli Vəliyev (+76 kq), Asiya Məlikova (-48 kq), Aytac Əliyeva (-53 kq) və Fərid Əliyevanın (+59 kq) yarışa qatılmasına üstünlük verib.
18-20 yaşlar arasında isə Nicat Abbasov (-60 kq), Üzeyir Alışanov (-67 kq), Şahin Quluzadə (-75 kq), Tural Kamallı (-84 kq), Rəsul Əlizadə (+84 kq), Sevinc Mehdiyeva (-50 kq), Fəridə Abiyeva (-61 kq) və Aytən Səmədli (-68 kq) tatamiyə çıxacaq.
Kata üzrə böyük məşqçi Vahid Ayvazov gənclərdən 16-17 yaşlılarda Roman Heydərovun, 18-20 yaşlılarda isə Rafiq Əmirovun yüksək nəticəlr əldə etməsinə ümidlidir. Avropa çempionatında ölkəmizi 4 beynəlxalq hakim - federasiyanın vitse-prezidenti Yusif Məmmədov, hakimlər komitəsinin sədri Cahangir Babayev, Rənad Əliyev və Vüqar Kərimov təmsil edəcək. Qitə çempionatından operativ informasiyalar, onlayn nəticələr, foto və video yayım etmək üçün Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da yarışa ezam olunub.
4-9 fevral tarixlərində İsveçrənin Sürix şəhərində yeniyetmə və gənclərin növbəti Avropa çempionatına yollanan 34 nəfərlik nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi, eləcə də federasiyanın birinci vitse-prezidenti İlham Qasımzadə rəhbərlik edir.
