Milli komandanın təcrübəli üzvlərindən Niyazi Əliyev ilə yeniyetmələrdən ibarət seçmə komandanın kata üzrə perspektivli idmançısı Roman Heydərov doğum günlərini qeyd edirlər. Öz yaş quruplarında kifayət qədər tanınan və ciddi rəqiblərdən sayılan hər iki idmançı müxtəlif yarışların qalib və mükafatçılarıdırlar, onlara böyük ümidlər bəslənməkdədir.
Azərbaycan Milli Karate Federasiyası və Baş sponsor Azərbaycan Beynəlxalq Bankı adından Niyazi Əliyev ilə Roman Heydərovu təbrik edir, onlara yeni idman zirvələrini fəth etməyi arzulayırıq. Ad gününüz mübarək!
