Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

20 yanvar - Şərəf və Qürur Günümüz!

A+ a-
20 Yanvar 2015 01:04

 

     1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda XX əsr tarixinin ən qanlı faciələrindən biri baş verdi. Həmin gecə sovet ordusunun qoşun birləşmələri Bakının küçələrinə və meydanlarına çıxaraq Ermənistanın təcavüzkar hərəkətlərinə öz qəti etriazını  bildirən geniş xalq kütlələrinə qarşı hərbi əməliyyata başladı. 

     Həmin gecə baş vermiş o dəhşətli hadisələr Azərbaycanda baş qaldıran azadlıq hərəkatına qarşı yönəlmiş amansız bir aksiya idi. Xalqımızın gözünü qorxutmaq, mübarizə əzmini qırmaq üçün keçmiş sovet  ordusunun nizami qoşun hissələri yeridilmiş, bunun nəticəsində 147 nəfər günahsız insan qətlə yetirilmiş, 1000-dən çox adam ağır yaralanmışdır.

     O gecə keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını kobud şəkildə pozmuşdur.

     Həmin faciə baş verdikdən sonra ümummilli liderimiz Heydər Əliyev öz həyatını təhlükə altına qoyaraq 1990-cı ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş, 20 yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmiş, xalqımızın başına gətirilən müsibəti bütün dünyaya çatdırmışdır. Ulu öndərimiz tərəfindən edilmiş bu cəsarətli çıxış həm də 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət idi.

     Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin  gün Azərbaycanın istiqlal yolunun zirvəsi, şəhidlik zirvəsinə ucaldılar. Həmin gün Azərbaycanın istiqlal yolunun zirvəsi, uzun illər sovet imperiyasının tərkibində yaşayan xalqımızın azadlıq səsinin ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm şəhidlərimizin anım günü, həm də ölkəmizin ərazi bütövlüyü, azadlığı uğrunda mübarizə aparan xalqımızın birliyi günüdür.

     20 Yanvar faciəsinə ilk hüquqi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Belə ki, ulu öndərimizin 05 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi – hüquqi qiymət verilməsi tövsiyə olunmuş və Milli Məclisin 29 mart 1994-cü ildə qəbul etdiyi qərarla baş vermiş bu faciəyə dövlət səviyyəsində  tam siyasi-hüquqi qiymət verilmişdir. Heydər Əliyevin 17 yanvar  2000-ci il tarixli fərmanı ilə  20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək şəhid olmuş Azərbaycan Respublikası vətəndaşlarına nümunəsi göstərərək şəhid olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.

     Prezidentimiz İlham Əliyevin Şəhidlər xiyabanının yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrilmişdi. İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Prezident təqaüdü təsis edilmişdir.

     Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını daim yüksək qiymətləndirərək hər il 20 Yanvar günü Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının əziz xatirələrini dərin ehtiramla yad edir.

     Hər il 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Ədliyyə Nazirliyində və onun bütün struktur qurumlarında anım mərasimləri keçirilir, şəhidlərimizin əziz  xatirələri bir dəqiqəlik sükutla yad edilir, xalqımızın müstəqillik yolunda keçdiyi keşməkeşli tarixə nəzər salınır. Yanvarın 20-də  ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət edir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü  uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələri ehtiramla yad edilir.

     Həminm gün ölkəmizdə və onun hüdudlarından kənarda da şəhidlərimizin xatirələrinə həsr olunmuş anım mərasimləri təşkil olunur,  bu tarixi gün barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli işlər görülür.