Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Azərbaycan karateçiləri 2015-ci ilin ilk yarış günü yüksək nəticə əldə etdilər

A+ a-
17 Yanvar 2015 21:33

 

     Xorvatiyanın Samobor şəhərində 23-cü Qran Pri turnirində iştirak edən yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız turnirə uğurla başlayıblar. İdmançılarımız yarışın ilk günü 6 medala sahib olublar. Mükafatlardan ikisi qızıl, iki gümüş, iki medal isə bürüncdür. 

     Yarışın favoritlərindən Hüseyn Əliyev birinci döyüşdə zədə aldıından medalçılar arasına düşə bilməyib. Seçmə komandaların böyük məşqçiləri Anar Allahverdiyev və Şahin Xudaverdiyevin rəhbərliyi ilə medal qazanan idmançıları təqdim edirik: 

 

14-15 yaşlı yeniyetmələr

 

-52 kq

Hümmət Baxşəliyev - qızıl medal

 


-70 kq

Murad Balakişiyev - bürünc medal

 

+70 kq

Murad Hacızadə - bürünc medal

 

 

16-17 yaşlı gənclər

 

-61 kq

Ülvi Qurbanov - qızıl medal

 

+59 kq

Fəridə Əliyeva - gümüş medal



18-20 yaşlı gənclər

 

-50 kq

Sevinc Mehdiyeva - gümüş medal

 

Nəticlər yenilənir. . .

 

 

 

 

Sənan Məhərrəmov, Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə işlər katibi