İdman mediası yaradıcı əməkdaşlarının peşəkar birliyi - Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq 2014-cü ilin idman laureatlarının adlarını açıqlayıb. Çoxsaylı laueratlar arasında aəzrbaycan karateçiləri də var.
Mayın əvvəlində Finlandiyada Avropa çempionatının qalibi olan milli komandamız "İlin komandası" elan edilib. Karateçilərimizdən əlavə "Qarabağ" futbol komandası (avrokuboklarda uğurlu çıxışına görə) və qadınlardan ibarət voleybol milli komandası dünya çempionatının final mərhələsinə görə) da "İlin komandası" laureatları arasındadır.
