Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Baş sponsor ABB rəhbəri MKF rəsmilərini qəbul edib

A+ a-
21 Noyabr 2014 01:16

     Milli Karate Federasiyasının baş sponsoru Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyev federasiya rəhbərliyini qəbul edib. Görüşdə noyabrın əvvəlində Almaniyanın Bremen şəhərində böyüklərin 22-ci dünya çempionatının nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib. 

     Federasiyanın prezidenti Yaşar Bəşirov, birinci vitse-prezidenti İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov və baş məşçqi Rəhman Hətəmov 2014-cü ildə uğurlu işlər, aparılmış islahatlar və federasiyanın fəaliyyətində yeniliklər barədə ətraflı məlumat veriblər.

     Bundan sonra da azərbaycan karatesinin inkişafı və uğurları üçün lazımi dəstəyin göstəriləcəyəini qeyd edən C.Hacıyev, əsas hədəf olan Bakı-2015 ilk Avropa oyunlarında idmançılarımızın böyük nəticələrə imza atacaqlarına inandığını bildirib.