Milli komandanın bir qrup idmançısı İsveçrənin Bazel şəhərində "XI İnternational Basel Open Masters" turnirində iştirak edəcək.
Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 13 karateçi var. Müxtəlif yaş qrupları və kateqoriyalarda yarış 11-12 Sentyabr tarixlərində keçiriləcək.