Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Dünya çempionatı davam edir

A+ a-
06 Noyabr 2014 00:58

 

     

     Almaniyanın Bremen şəhərində 22-ci Dünya çempionatı davam edir. Yarışın ilk günü fərdi kumitedə Rafiz Həsənov (-75 kq), Ayxan Mamayev (-84 kq) və Şahin Atamov (+84 kq), həmçinin kata nümayişində Tural Balcanlı və Ədilə Qurbanova tatmiyə çıxdılar. Lakin yekunda idmançılarımız medallar uğrunda mübarizəni sonadək davam etdirə bilmədilər.

     Çempiontın ikinci yarış günü Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyeva (-61 kq) mübarizəyə qatılıblar. Təəsüf ki, onlar da fərdi kumite yarışlarının mükafatçıları sırasına düşə bilməyiblər. 

     Yarışın birbaşa nəticələrini Milli Karate Federasiyasının rəsmi Facebook səhifəsindən izləyə bilərsiniz. Final görüşləri və mükafatlar uğrunda döyüşlər canlı videoyayımla təqdim ediləcək. Dünya çempionatında 116 ölkədən 976 idmançı iştirak edir.