Prezident İlham Əliyev Altay Həsənovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Altay Tofik oğlu Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Altay Həsənov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisidir. 4 Fevral tarixində gün onun 60 yaşı tamam olub.
Azərbaycan Milli Karate Federasiyasının kollektivi Altay Həsənovu 60 illik yubileyi və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edir, ona ən xoş arzularını çatdırır!
