Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Yeniyetmə karateçilərə əlavə məşqçilər təyin olundu

A+ a-
22 Yanvar 2021 18:01

     Yeniyetmələrdən ibarət seçmə komandaya əlavə məşqçi təyinatları olub. Federasiya rəhbərliyi hazırlığı gücləndirmək məqsədilə aşağı yaşlı seçmə komandanın məşqçilər heyətinə yüksək titullu mütəxəssislər cəlb etməyi qərara alıb.  

     İdmançı karyerasını başa vuran milli komandanın keçmiş üzvləri Şahin Atamov 14-15 yaşlı yeniyetmələrə böyük məşqçi, Niyazi Əliyev isə məşqçi təyin edilib. Federasiyanın prezidenti Yaşar Bəşirov, kumite üzrə əsas milli komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev, Seymur Hüseynov, Rəşad Hüseynov Azərbaycan karatesinə nüfuz qazandıran belə tanınmış idmançıların təcrübəsinin gənc nəslə faydalı olacağını düşünürlər. 

     Yeniyetmə və Gənclərin baş məşqçisi Anar Allahverdiyevin 16-21 yaşadək gənclər üzrə seçmə komandalarda köməkçiləri isə böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyevdir.

     Yeniyetmə və gənclər seçmə komandalarını bu ilin Mayında Kiprdə, İyulda Xorvatiyada, Sentyabrda Türkiyədə və Dekabrda İtaliyada Karate1 Gənclər Liqası, Avqustda isə Finlandiyada Avropa çempionatı gözləyir. Yeni məşqçi təyianatları həmçinin aşağı yaşlı idmançıların qarşıda Gənclərin Yay Olimpiya Oyunlarına hazırlıq xüsusiyyəti daşıyır. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov