Dünya Karate Federasiyası (WKF) 12-14 Mart tarixlərində Bakıda keçirilməsi planlaşdırılan Karate1 Premyer Liqa turnirinin rəsmi bülletenini açıqlayıb.
WKF-in turnirlərindən ən nüfuzlusu olan Premyer Liqa yarışının Bakı Kristal zalında keçirilməsi nəzərdə tutulub. Mövsümün ikinci mərhələsindən əvvəl isə dünya hakimlərinin kursu imtahanları keçiriləcək.
Hər iki tərdbirdə dünyanın 100-dən artıq ölkəsindən nümayəndənin iştirakı gözlənilir. Turnirin büllüeteni ilə tanış ola bilərsiniz!
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov
