12 yanvar tarixində Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti və İdarə heyətinin üzvü Rəhman Hətəmovun doğum günüdür.
Onun baş məşqçisi işlədiyi illərdə karateçilərimiz komanda yarışlarında Dünya çempionatının mükafatçısı, İslam Oyunlarının və Avropa çempionatının qalibi olmaqla yanaşı, fərdi çıxışlarda 1-ci Avropa oyunları, Avropa və Dünya çempionatlarında, həmçinin nüfuzlu Premyer Liqa turnirlərində yüksək nəticələr göstəriblər.
Azərbaycan Milli Karate Federasiyasının kollektivi əməkdar məşqçi və əməkdar idman xadimi Rəhman Hətəmovu təbrik edir, ona fəaliyyətində uğurlar arzulayır!
