Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Allah rəhmət eləsin!

A+ a-
02 Yanvar 2021 09:58

     Qazaxıstan Karate Federasiyasının vitse-prezidenti, Asiya Karate Federasiyasının İdman komitəsinin və Dünya Karate Federasiyası İcariyyə komitəsinin üzvü Jastalap Abdikanoviç Sanauov 31 dekabr, 2020-ci il tarixində vəfat edib. 

     1989-92-ci illərdə SSRİ seçmə komandasının tərkibində çıxış edən J.Sanauov, 1992-94-cü illərdə dünya arenalarında Qazaxıstan karatesini təmsil edib. 7-ci dan qara kəmər sahibi olan Jastalap Sanauov 1994-2005-ci illərdə Qazaxıstan Karate Federasiyasının prezidenti, son 5 il də isə vitse-prezident vəzifəsini daşıyıb.

     Qazaxıstanda karatenin inkişafında böyük xidmətləri olan J.Sanauov əvvəllər məşqçi kimi də fəaliyyət göstərib. Qazaxıstan karatesinin əfsanəsi, həmçinin Almatı şəhər hökumətinin deputatı, Qazaxıstan İdman və Turizm Elmləri Akademiyasının fəlsəfə doktoru və hesablayıcı texnika üzrə mühəndis idi. 

     Bu hadisəni dünya karatesi üçün ağır itki kimi qiymətləndirən Azərbaycan Milli karate Federasiyasının heyəti Qazaxıstan karate ailəsinə və Jastalap Abdikanoviç Sanauovun doğmalarına dərin hüznlə başsağlığı verir, dərdinə şərik olduğunu bildirir. Azərbaycan və Qazaxıstan karateçilərinin dostluq və əməkdaşlığında xüsusi rolu olan J.Sanauovun xatirəsi həmişə böyük hörmətlə anılacaq!

     Allah rəhmət eləsin!