Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

İdmançı-döyüşçü, qazi Xəyal İmanov "Cəsur döyüşçü" fəxri medalı ilə mükafatlandırılıb

A+ a-
19 Dekabr 2020 12:47

     Prezident İlham Əliyevin “Cəsur döyüşçü” medalı ilə təltif etdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları arasında idmançılar, o cümlədən karateçilər də var. 

     Vətən müharibəsində Cəbrayıl rayonu və Murovdağ istiqamətində döyüşlərdə, ardından isə Tərtərin Suqovuşan qəsəbəsinin düşməndən azad edilməsində fəal iştirak edərək boğazından qəlpə yarası alan qazi Xəyal İmanov "Cəsur döyüşçü" medalı ilə mükafatlandırılıb.

     Beynəlxalq hakim və əməkdar məşqçi Rənad Əliyevin yetirməsi 2010-2016-cı illərdə 14-21 yaşadək gənclər arasında müxtəlif seçmə komandaların üzvü olub. Müalicədən sonra xidmətini davam etdirmək üçün hərbi hissəyə yollanan əsgər X.İmanov Azərbaycan çempionu, nüfuzlu "İstanbul Open" və "Baku Open" beynəlxalq turnirlərinin qalibi, Avropa çempionatının iştirakçısı (Dünya Karate Federasiyası, WKF), Dünya çempionatının bürünc, Avropa çempionatının isə gümüş mükafatçısıdır (Dünya Şotokan Federasiyası, WSF). Xatırladaq ki, bir neçə gün əvvəl məşqçi R.Əliyevin daha bir yetirməsi, qazi Vidadi Xalıqov  "Vətən uğrunda" fəxri medalı ilə təltif edilib. 

     Azərbaycan Milli Karate Federasiyasının heyəti Vətən müharibəsi qazisi Xəyal İmanovu və şəxsi məşqçisi Rənad Əliyevi bu fəxri mükafat münasibətilə təbrik edir, döyüşçümüzə sağlamlıq və daha yüksək ruhda vətənə xidmət etməyi arzulayır!

     Federasiya kollektivi Vətən müharibəsinin iştirakçıları ilə birgə torpaqlarımızı düşməndən azad edən idmançı-döyüşçülərə də göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan və ölkə rəhbəri Cənab Prezident İlham Əliyevə bir daha minnətdarlığını çatdırır! 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov