Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Karateçilərdən ordumuza daha bir dəstək

A+ a-
01 Noyabr 2020 11:32

Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətli qərarları ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməkdə davam edir. 

Hər gün ordumuzun qələbələrinə sevinən Azərbaycan xalqı bu şanlı tarixin davam etməsi üçün dövlətimizin yanındadır. Azərbaycan karateçiləri də bu məqsədlə dövlət başçısına və hərbçilərimizə həmrəyliyini bildirirlər.

Federasiyanın kollektivi döyüşçüləri mənəvi dəstəkləmək məqsədilə cəbhə bölgələrində olur, rəhbərliyin göstərişi ilə fərdi sosial şəbəkə səhifələrində müxtəlif dillərdə dünyaya mesajlarını çatdırır, orduya dəstək videoçarxları hazırlayır və digər media və təbliğat tədbirlərində iştirak edir. 

Ötən həftə federasiya kollektivinin təşəbbüsü ilə inzibati və texniki heyət, müxtəlif klublardan məşqçilər, hakimlər və idmançılar müəyyən məbləğ və müxtəlif adda daha çox istifadə olunan məişət ləvazimatları toplayaraq bir daha ordumuzun qələbələrini dəstəkləmək və faşist Ermənistan hakimiyyətinin terroruna məruz qalmış Gəncəyə həmrəyliklərini göstəriblər. 

Karateçilər bundan sonra da Azərbaycanın çiçəklənməsi, yalnız qələbələri və daha da inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər. İdmançılarımız Ali Baş Komandan Cənab İlham  Əliyevin çağırışına qoşulraq "Qarabağ Azərbaycandır!", "Qələbə bizimlədir!" deyir. Karateçilər Azərbaycanın hər bir vətəndaşı kimi müqəddəs torpaqlarımız uğrunda döyüşlərə qatılmağa həmişə hazırdır!   

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov