Dünta Karate Federasiyası (WKF) 50 illik yubileyini qeyd edir. Beynəlxalq təşkilat yaranmasının 50 illi yubileyi münasibətilə xatirə loqotipini təqdim edib.
Dünya Karate Federasiyasın 1970-ci ilin 10 oktyabr tarixində Yaponiyanın paytaxtı Tokioda Dünya çempionatı qabağı Baş Assambleyanın ilk yığıncağında yaradılıb. Ötən dövr ərzində inkişaf edən idarəedici orqan, hazırda 100 milyondan artıq auditoriyanı birləşdirməklə müasir beynəlxalq təşkilatıardan birinə çevrilib. Karatenin 200 ölkəni birləşdirən WKF istiqaməti qarşıdakı olimpiaya oyunlarında debüt etməyə hazırlaşır.
50 illik yubiley münasibətilə dünya karate ictiamiyyətini təbrik edən WKF-in prezidentio Antonio Espinos pandemiya dörü olduğundan bu bayramı təntənəi qeyd etməyin mümkünsüz olmasından təəssüfləndiyini bildirib. O həmçinin söyləyib ki, "bu il biz Tokioda ilk dünya çempionatının keçirildiyi və olimpiya oyunlarının karate yarışlarının nəzərdə tutulduğu Nippon Budokan arenasında sözügedən tarixi hadisənin seincini qeyd etmək istəyirdik. Olimpiadanın 2021-ci ilə keçirilməsi və pandemiyanın fəsadları bizim bu yubiley planlarımıza mane oldu. Karatenin inkişafına əmək sərf edən və uğrularına çalışan hər kəsə, o cümlədən hazırda bizlə bir yerdə olmayan və bu yola davam edənlərə minnətdarlığımı çatdırıram" deyə Antonio Espinos təbrik nitqində dünya karate ictimaiyyətinə mesaj göndərib.
Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi bu münasibətlə ölkənin karate ictimaiyyətini təbrik edir! İdmançılarımıza qarşıdakı yarışlarda zəfərlər arzulayır!
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov

