18 oktyabrda Yeniyetmə və Gənclər arasında Bakı şəhər açıq çempionatı başalayıb. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə, Azərbaycan Karate-Do Federasiyası Assosiasiyasının və Milli Karate Federasiyası təşkil eitiyi yarışda müxtəlif regionları təmsil edən 23 klubun 175 yetirməsi mübarizə aparır.
«Sərhədçi» İdman Olimpiya Mərkəzində birinciliyin ilk günü 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər kata və kumite yarışacaqlar. Bazar günü 18-20 yaşlı gənclərdən isə oğlanlar və qızlar 5 çəki dərəcəsində mübarizə aparacaqlar.
İlk günün nəticələrini və paytaxtın açıq birinciliyinin statistik göstəricilərini yükləyə bilərsiniz.
İlk yarış gününün şəkillərinə buradan baxa və yükləyə bilərsiniz.