Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Avropa Karate Federasiyası növbəti videokonfrans təşkil edib

A+ a-
29 Avqust 2020 12:24

Avropa Karate Federasiyasının (EKF) ikinci virtual görüşündə koronovirus pandemiyası şəraitində karatenin inkişafı məsələləri  müzakirə olunub.

EKF-in prezidenti Antonio Espinosun rəhbərlik etdiyi videokonfrans görüşündə qitənin 30-dək milli federasiyasının prezidenti iştirak edib. Digər qitə federasiyaları ilə görüş isə ikinci hissədə baş tutub.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in İdarə heyətinin üzvü Yaşar Bəşirov çıxışında milli federasiyanın bu dövrdə virtual fəaliyyətindən və idmançılarımızın hərtərəfli dəstəkləndiyindən söz açıb. Görüşün sonunda A.Espinos bu çətin günlərdə milli federasiyaların işlərini yüksək qiymətləndirib.

Videokonfransda yarışların keçirilməsinin mümkün variantları müzakirə olunub, birgə səylər nəticəsində qarşıdakı aylarda həyatın öz axarına düşəcəyinə və turnirlərin bərpa ediləcəyinə inam ifadə olunub.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov