Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Beynəlxalq virtual kata turniri keçirilib

A+ a-
02 Avqust 2020 23:42

  Elnurə Əzimzadə ("Arpaçay" klubu, 8-9 yaş uşaqlar), Şəlalə Rüstəmova ("Qara-Qaplan" klubu, 10-11 yaş uşaqlar) və Həsənəli Həsənov ("Avey" klubu, 16-17 yaş gənclər) "Open Azerbaijan" Beynəlxalq Virtual Kata turnirinin qalibi olublar.

     Murad Cəfərli ("İnam" klubu, 16-17 yaş gənclər) gümüş medala, Akif Babayev ("Qara-Qaplan" klubu) və Elməddin Səlimli ("Arpaçay" klubu, hər ikisi 8-9 yaş uşaqlar), Aleksey Lapayev ("Arpaçay" klubu, 10-11 yaş uşaqlar), Elcan Həsənov (Avey" klubu) və Əli Məmmədli ("Arpaçay" klubu, hər ikisi 12-13 yaş uşaqlar), Emin Namazov (Qazax rayonu) və Mirtalıb Talıbov (Salyan rayonu, hər ikisi 16-17 yaş gənclər), Humay Əmrahlı (Şəki rayonu, 8-9 yaş uşaqlar) və Ramilə Heydərova ("Arpaçay" klubu) isə bürünc mükafata layiq olublar. 

     İlk Beynəlxalq "Open Azerbaijan" virtual kata turnirində 9 ölkədən 26 klubu təmsil edən 76 idmançı iştirak edib. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov