30 iyul tarixində Azərbaycan karatesinin liderlərindən biri Şahin Atamovun doğum günüdür. O, dəfələrlə Dünya və Avropa çempionatlarının, Dünya oyunlarının, İslam oyunlarının və nüfuzlu Karate1 və digər rəsmi yarışların qalib və mükafatçısıdır.
Azərbaycan Milli Karate Federasiyasının kollektivi Şahin Atamovu doğum günü münasibəti ilə təbrik edir və karyerasında yeni uğurlar arzulayır.
