25 iyun tarixində kişilərdən ibarət milli komandanıın baş məşqçisi Bahəttin Kandazın doğum günüdür.
1968-ci ildə Türkiyənin Girəsun şəhərində doğulan Bahəttin Kandaz, İstanbulda Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1982-ci ildən karate ilə məşqul olan mütəxəssis, 20 illik idmançı karyerasında dünya və avropa çempionatlarının dəfələrlə mükafatçısı, həmçinin klublar arası dünya və avropa çempionu olub. O, 2006-cı ildən məşqçi kimi fəaliyyətə başlayıb və 2014-cü ildə İsveçrənin Bazel şəhərinə klub məşqçisi kimi işləməyə dəvət olunub. Məşqçilik dövründə bir neçə yetirməsi dünya və avropa çempionatlarının qalib və mükafatçısı olub. Bahəttin Kandaz 2018-cu il 14 dekabrdan kişilərdən ibarət milli komandanıın baş məşqçisidir.
Azərbaycan Milli Karate Federasiyasının kollektivi B.Kandazı təbrik edir, ona fəaliyyətində yeni uğurlar arzulayır!
