Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Doğum gününüz mübarək!

A+ a-
20 May 2020 13:30

20 May tarixində Azərbaycan karatesinin banisi və onlarla tanınmış karateçi yetişdirən Mir-Əli Seyidovun doğum günüdür. 

1956-cı ildə Bakıda doğulan Mir-Əli Seyidov orta məktəb illərindən idman və bədən tərbiyəsinə maraq göstərir. Böyük idmana 1968-ci ildə “Dinamo” İdman Cəmiyyətində Sabir Hüseynovun rəhbərliyi ilə sambo məşqlərindən başlayan Mir-Əli Seyidov tezliklə klub, şəhər və ölkə birinciliklərinin qalibi olur. 1973-cü ildə Azərbaycan Cüdo Federasiyası yarananda isə o cüdo seksiyasına daxil olur. Cüdo ilə yanaşı karate və ciu-citsu ilə də məşqul olmağa başlayan M.Seyidov cüdo üzrə idman ustalığına namizəd olmaqla, 1976-78-ci illərdə Şərqi Sibirdə hərbi xidməti dövründə əlbəyaxa döyüş üzrə təlimatçı kimi əsgərlərə təlim keçir.

Hərbi xidməti başa vurduqdan sonra isə o SSRİ-nin DİN və DTK orqanlarının təlimatçalarının qatıldığı beynəlxalq seminarda iştirak edir. Yaponiya və Kubadan tanınmış təlimatçıların iştirakı ilə seminarda Mir-Əli Seyidov 1-ci dan diplomuna layiq görülərək, karate üzrə təlimatçı vəsiqəsi alır. Bakıya dönərkən o hüquq mühafizə orqanlarının əməkdaşlarına əlbəyaxa təlim keçən ilk mütəxəssis olur. Onun polis və təhlükəsizlik xidməti əməkdaşları arasında yetirmələrindən dəfələrlə mükafat qazananlar var.

1979-cu ildə Azərbaycanda Karate Federasiyası yarananda Mir-Əli Seyidov ilk baş  məşqçi seçilir. 1983-cü ildə karate və digər yapon döyüş sənətlərinə qadağa qoyulandan sonra o hüquq mühafizə orqanı əməkdalarına təlim keçməyə icazə verilən yeganə məqçi idi. 1988-ci ildə karatenin təliminə rəsmi icazə verildikdən 2 il sonra Perm şəhərində Mir-Əli Seyidovun rəhbərlik etdiyi əlbəyaxa döyüş və silahsız özünü müdafiə üzrə komanda SSRİ çempionu olur. Moskvada ona Dzerjinski medalı və Sovet İttifaqaının ən yaxşı məşqçisi diplomu təqdim olunur.

1998-ci ildə M.Seyidov Azərbaycan Ciu-Citsu Federasiyasını yaradır. İndiyədək bu federasiyaya rəhbərlik edən M.Seyidov tanınmış idmançılar yetişdirir. Hüquq mühafizə və təhlükəsizlik orqanları əməkdaşlarına təlimlər keçməkdə davam edən M.Seyidov 2006-ci ildən Dünya Bucitsu Cəmiyyətinin qara kəmərinə, professor, müasir Ciu-Citsunun 8-ci dan “Grand Master”, həmçinin 2014-cü ildən “Qızıl Döyüş Oskarı” mükafatları və titullarına sahibdir.

Azərbaycan Milli Karate Federasiyasının kolektivi və Mir-Əli Seyidovun tələbəsi olmuş federasiya prezidenti Yaşar Bəşirov əməkdar məşqçi M.Seyidovu doğum günün münasibətilə təbrik edir, ona möhkəm sağlamlıq və yeni zəfərlər arzulayır.