Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Doğum gününüz mübarək!

A+ a-
19 Aprel 2020 11:26

    19 aprel tarixində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, Dünya Karate Federasyasının (WKF) Texniki komitəsinin üzvü, Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin üzvü, "Əməkdar idman xadimi", Biologiya elmləri namizədi, "Əməkdar idman ustası" və 8-ci dan qara kəmər sahibi Yaşar Əyyub oğlu Bəşirovun doğum günüdür. 

    Y.Bəşirov tərəfindən 1994-cü ildən yaradılan AMKF-in 25 illik tarixində dünya və avropa çempionları yetişib, komanda yarışlarında böyük uğurlar əldə olunub, bir sıra mötəbər yarışların onlarla qalib və mükafatçıları var. Onun rəhbərliyi altında Azərbaycan karateçiləri mümkün olan titullara nail ola biliblər. Azərbaycan ötən illər boyu ən inkişaf etmiş karate ölkələri sırasındadır. 

     Son illər Azərbaycanda keçirilən 1-ci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunları kimi onlarla ölkəni əhatə edən mötəbər yarışlarda karateçilərimizin ən yüksək zirvələrə qalxmasında, Y.Bəşirovun danılmaz xidmətləri olub. Bu uğurlu fəaliyyətinə görə dövlət rəhbəri, Milli Olimpiya Komitəsinin porezidenti cənab İlham Əliyev tərəfindən "Şöhrət ordeni" ilə də mükafatlandırılıb. 

    Federasiyanın kollektivi təşkilatın prezidenti Yaşar Bəşirovu doğum günü münasibəti ilə təbrik edir, ona uğurlu rəhbər fəaliyyətində daha böyük zəfərlər arzulayır.