Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Zalsburqdan gümüş medalla

A+ a-
13 Oktyabr 2014 00:12

     Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa yarışlarından olan "Zalsburq Open"-də iştirak edən milli komandamızın bir neçə üzvü yarışı bir medalla başa vurub. Avropa çempionatının bürünc müklafatçısı Nuranə Əliyeva (-50 kq) almaniyalı rəqibi ilə finalda hakim haqsızlığı üzündən (2:3) gümüş medalla kifayətlənməli olub. N.Əliyevanın bu çıxışı həm də Premyer Liqa yarışlarında qadınlarımızın ən yüksək nəticəsi olub. Bəzi karateçilərimiz təsəlliverici görüşlərə qatılsalar da bürünc medal imkanını əldən veriblər.

     Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov hazırda diqqətin ilin əsas hədəfi - 5-9 noyabr tarixlərində Almaniyanın Bremen şəhərində dünya çempionatına yönəldiyini bildirib. O, əsas heyətin bəzi üzvlərinin müəyyən müddətlik istirahətə və zədələrdən bərpa dövrünə ehtiyacı olduğundan Zalsburqdakı "Qrand Final"-da bu nəticəni qənaətbəxş hesab edib.

     15 oktyabr tarixindən milli komandamız dünya çempionatına həlledici hazırlıq dövrünə başlayacaq.