4 mart tarixində milli komandanın üzvü, gənclər və böyüklər arasında dünya və avropa çempionu, 1-ci Avropa oyunlarının və 4-cü İslam Həmrəyliyi oyunlarının qalibi, eləcə də Karate1 Premyer Liqa və Seriya A turnirləri ilə birgə müxtəlif nüfuzlu yarışların qalib və mükafatçısı, 2017-ci ildə WKF-in təsis etdiyi "Grand Winner" mükafatının sahibi, eləcə də Tolkio olimpiadasına vəsiqəni vaxtından əvvəl təmin etmiş İrina Zaretskanın doğum günüdür.
Azərbaycan Milli Karate Federasiyasının kollektivi İ. Zaretskanı təbrik edir, ona idman karyerasında uğurlar arzulayır.
