Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

11-ci "Baku Open" Beynəlxalq Karate Turniri keçiriləcək

A+ a-
03 Mart 2020 11:11

5-8 Mart tarixlərində paytaxtın Boks İdman Mərkəzində 11-ci "Baku Open" Beynəlxalq Karate Turniri keçiriləcək.

Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunur. Yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edəcəklər. Fərdi və komanda yarışlarında Türkiyə, Malayziya, Misir, Gürcsütan və 10-dək ölkədən 1000-dək idmançının iştirakı gözlənilir. 5 Martda böyüklər və veteranlar, ertəsi gün 16-17 yaşlı və 18-21 yaşlı gənclər, 7 Martda 14-15 yaşlı yeniyetmələr, bazar ügünü isə 613 yaşadək uşaqlar mübarizə aparacaq.

Yarışın təntənəli açılış mərasimi 6 Mart, saat 17:00-da olacaq. Beynəlxalq turnirin proqramı ilə buradan tanış ola bilərsiniz. Bu linkə daxil olaraq yarışa onlline qeydiyyat ola bilərsiniz. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov