Karate1 Premyer Liqa turnirin Dubayda 2-ci mərhələsi davam edir. Yarışın ilk günü Rafael Ağayev (-75 kq) finala yüksəlib. Rafiz Həsənov (-67 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb.
Turnirin növbəti günü daha 8 idmançımız - Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparıb.
Onlardan yalnız İ.Zaretska bürünc medal uğrunda döyüşəcək. A.Qurbanlı, A.Mamayev və F.Əliyeva təsəlliverici görüşlərə qatılsalar da nəticədə məlöub olublar.
Al Wasl arenasında turnirdən idmançılarımızın nəticələrini təqdim edirik:
Kumite
Ayxan Mamayev (-84 kq) mübarizəni başa vurub.
1. A.Mamayev - Keyvan Baban (İran) 3:2
2. A.Mamayev - Daniyar Yuldaşev (Qazaıstan) 3:6
Təsəlliverici görüşlər
A.Mamayev - Denis Denisenko (Rusiya)
A.Mamayev - Faruk Abdesselem (Fransa)

Pənah Abdullayev (-84 kq) mübarizəni başa vurub.
1. P.Abdullayev - Kamran Madani (ABŞ) 0:0
Turqut Həsənov (-84 kq) mübarizəni başa vurub.
1.T.Həsənov - Andrey Toroşenko (Ukrayna) 1:0
2.T.Həsənov - Kenji Qrillon (Fransa) 1:3

Şahin Atamov (+84 kq) mübarizəni başa vurub.
1. Ş.Atamov - Benjamin Nurkiç (Bosniya və Herseqovina) - Fernando Lenis (Kolumbiya) görüşünün qalibi ilə 2:0
2.Ş.Atamov - Salim Bendiab (Fransa) 0:6

Asiman Qurbanlı (+84 kq) mübarizəni başa vurub.
1.A.Qurbanlı - Conatan Horn (Almaniya) 0:1
Təsəlliverici görüşlər
A.Qurbanlı - Məhəmməd Əl Bəhri (Mərakeş) 0:0

İrina Zaretska (-68 kq
İ.Zaretska - Güzəliyə Qafurova (Qazaxıstan) 2:0
2. İ.Zaretska - Anjela Mojsovska (Makedoniya) 9:1
3. İ.Zaretska - Eda Eltemur (Türkiyə) 5:3
Yarımfinal
İ.Zaretska - Feryal Abdelazez (Misir) 0:4
Bürünc medal uğrunda görüş
İ.Zaretska - Alizee Agier (Fransa)

Fəridə Əliyeva (+68 kq) mübarizəni başa vurub.
1. F.Əliyeva - Klio Ferrasuti (İtaliya) 4:3
2. F.Əliyeva - Sima Abuel Yazed (Misir) 0:4
Təsəlliverici görüşlər
F.Əliyeva - Qao Menqmenq (Çin) 0:0

Kata
Roman Heydərov 2-ci dövrdə mübarizəni başa vurub.

Nüfuzlu yarışda 85 ölkədən 571 karateçi iştirak edir. Nəticələr yenilənir!
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Dubay, Birləşmiş Ərəb Əmirlikləri