Macarıstanın paytaxtı Budapeştdə Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin iclası keçirilib.
İdarə heyətinin üzvü Yaşar Bəşirov yığıncaqda iştirak edib. Gündəlikdə duran məsələlər arasında martın ikinci yarısı Bakıda böyüklərin 55-ci Avropa çempionatına hazırlıq işləri də müzakirə olunub. Y.Bəşirov nüfuzlu tədbirə hazırlıqla bağlı məlumat verib.
EKF rəsmiləri kütləvi beynəlxalq yarışlar keçirməkdə böyük təcrübəsi olan Azərbaycanın bu tədbiri də uğurla təşkil edəcəyinə inandıqlarını bildiriblər.
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Budapeşt, Macarıstan
