Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənclər Xorvatiyada 10 medal qazandı

A+ a-
19 Yanvar 2020 23:51

Yeniyetmə və gənclərdən ibarət milli komandamız, baş məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq "Gran Pri" turnirində 10 medal qazanıb. Mükafatların biri qızıl, ikisi gümüş, yeddisi isə bürüncdür.

Murad Hacızadə (+84 kq, 18-20 yaşlı gənclər) arasında çempion olub. Fərid Savadov (-57 kq, 14-15 yaşlı yeniyetmələr) və Osman Osmanlı (+76 kq, 16-17 yaşlı yeniyetmələr) ikinci yeri tutub. Sultan Hüseynov və Ramil Baxşəliyev (-55 kq, 16-17 yaşlı gənclər), Abbas Dadaşov (-68 kq, 16-17 yaşlı gənclər), Tale Yaqubov (-68 kq, 16-17 yaşlı gənclər), Həsənəli Həsənəliyev (kata, 16-17 yaşlı gənclər), eləcə də Ceyhun İsmayılov (kata, 18-20 yaşlı gənclər) və Fidan Teymurova (-50 kq, 18-20 yaşlı gənclər) bürünc medal qazanıb. Yarışda 24 ölkədən 2047 karateçi iştirak edib.

Karateçilərimiz 7-9 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatına hazırlıqları davam etdirəcək. 

 

Media və İctiamiyyətlə İşlər katibi Sənan Məhərrəmov