17-19 Yanvar tarixlərində "Arpaçay Karate Klubu" və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılğı ilə uşaq, yeniyetmə və gənclər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq karate turniri keçirilir.
Bakı İdman Sarayında 5-ci açıq beynəlxalq turnirində 12 ölkədən 904-dək idmançı iştirak edir. İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və ölkəmizi təmsil edən karteçilər yarışın ilk günü bütün yaş qruplarında kata çıxışlara qatılıblar. Ertəsi gün 6-11 yaşlı uşaqların kumite çıxışları, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclərin döyüşləri keçiriləcək. Yarışı milli hakimlərimizlə birgə, 5 ölkədən 22 beynəlxalq hakim idarə edir.
Turnirin tənətənəli açılış mərasimi 18 Yanvar saat 17:00-da başlanacaq. Yarışdan nəticələri buradan onlayn izləyə bilərsiniz. Məlumatlar uenilənir!
Media və İctimaiyyətlə İşlər katbi Sənan Məhərrəmov
