Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

V "Baku Open" Beynəlxalq Karate Turniri başa çatdı

A+ a-
15 Sentyabr 2014 23:37

      Paytaxtımızda V "Baku Open" Bynəlxaql karate turniri başa çatdı. Ənənəvi yarışda ilk dəfə daha çox, 13 ölkənin komandası iştirak etdi. 

     "Sərhədçi" İdman Olimpiya Mərkəzində turnirə Rusiya, Türkiyə, Xorvatiya, İran, Tayland, Gürcüstan, Bolqarıstan, Özbəkistan, Çili, Braziliya, Qazaxıstan, Küveyt və Fransa komandalarından başqa Azərbaycanın 18 bölgəsinin tərkibində 346 artıq karateçi qatıldı. 

     Turnirin ilk günü böyüklərin kata və kumite yarışları, ertəsi gün isə böyüklərin komanda kumite, yeniyetmə və gənclərin kata və kumite yarışları keçirildi. Kişilər -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq çəki dərəcələrində, qadınlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəkilərdə tatamiyə çıxdılar. Onlardan başqa yeniyetmələr -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq, qızlar -47 kq, -54 kq və +54 kq çəkilərdə, gənclər isə -55 kq, -61 kq, -68 kq, -76 kq və +76 kq, qızlar -48 kq, -53 kq, -59 kq və +59 kq çəki dərəcələrində mübarizə apardılar. 

     Baş sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB) təsisi etdiyi "Əzmkar döyüşçü" mükafatları Orxan Heydərliyə, Ayla Rzayeva və Lazım Allahverdiyevə təqdim edildi.

     Ötən ilki turnir ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmişdisə, bu ilki turnir Azərbaycan Milli Karate Federasiyasnın yaranmasının 20 illik yubileyinə həsr edildi.

     V "Baku Open" Beynəlxalq karate turniri Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəsmi internet səhifəsində canlı yayımlandı. Ümumi mükafat fondu 70 min dollar olan yarışı AMKF-in baş sponsoru ABB maliyyələşdirdi. 

     Şəkillərə buradan baxa və yükləyə bilərsiniz.