Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Karateçilərin Azərbaycan çempionatı keçiriləcək

A+ a-
13 Noyabr 2019 13:08

22-24 noyabr tarixlərində Bakı İdman Sarayında Yeniyetmə və Gənclər arasında 20-ci Respublika Birinciliyi, Böyüklərin isə 27-ci Azərbaycan çempionatı keçiriləcək. 

Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, həmçinin böyüklər mübarizə aparacaq. Kişi və qadınlar, eləcə də para-karate üzrə çıxış edənlər 22 noyabrda, 12-13 yaşlı uşaqlar və 14-15 yaşlı yeniyetmələr ertəsi günü, 16-17 və 18-21 yaşadək gənclər isə bazar günü çempionata qatılacaq. 

Respublika çempionatının mükafatçıları müxtəlif yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunmaqla, növbəti ildə yarışlarda Azərbaycanı təmsil edəcəklər. Yarışın əsasnaməsini buradan yükləyə bilərsiniz. Respublika çempionatına buradan qeydiyyat ola bilərsiniz. 

21 noyabr saat 15:00-da isə hakimlər və məşqçilər üçün növbəti respublika seminarı keçiriləcək. Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi altında seminarda qaydalarda dəyişikliklər və yeniliklərlə bağlı məlumat veriləcək. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov