Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

"Istanbul Open"-dən 5 medalla

A+ a-
07 Sentyabr 2014 23:30

     Türkiyədə Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa yarışlarından "İstanbul Open"-də iştirak edən idmançılarımız nüfuzlu turniri 5 medalla başa vurublar.

     Ayxan Mamayev (-84 kq) qızıl medala, Vüsal Kamallı (gənclər, -76 kq) və Roman Heydərov (14-15 yaşlılar, kata) gümüş, Niyazi Əliyev ilə Rafiz Həsənov (hər ikisi -67 kq) isə bürünc mükafatlara sahib olublar. N.Əliyevin bürünc mükafat uğrunda rəqibi milli komandanın digər üzvü Tural Ağalarzadə olub. Favoritlərdən Şahin Atamovla (+84 kq) Sənan Əliyev (-60 kq) isə bürünc medal uğrunda görüşləri uğursuz keçiriblər. Milli komandanın liderlərindən Rəfael Ağayev zədəsinin bərpa müddətini keçdiyindən Premyer Liqaya qatılmayıb. 

      9-cu dəfə keçirilən "İstanbul Open" turnirində Premyer Liqa yarışlarının tarixində rekord sayda, 57 ölkədən 592 karateçi mübarizə aparıb. Milli komandamız 17 medal qazana bilən ölkə arasında Yaponiya ilə birgə 5-6cı yerləri bölüşüb.