Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Dünya çempionatı başa çatmaq üzrədir

A+ a-
27 Oktyabr 2019 04:19

Çilinin paytaxtı Santyaqoda Yeniyetmə və gənclərin Xl Dünya çempionatı davam edir.

 

26 oktyabrda 21 yaşadək gənclərin yarışında Hümmət Baxşəliyev (-67 kq) və Murad Hacızadə (+84 kq) çıxış ediblər. Karateçilərimiz təsəlliverici görüşlərə qatılsalar da nəticə uğursuz olub. H. Baxşəliyev bürünc medalın bir addımlığında növbəti dəfə məğlub olaraq mükafatçılar arasına düşə bilməyib.

 

Bazar günü daha bir idmançımız yarışa çıxacaq. İkiqat dünya ikincisi Fidan Teymurova (-50 kq) daha bir titul qazanmaq uğrunda mübarizə aparacaq. 

 

Xatırladaq ki, bir gün əvvəl16-18 yaşlı gənclər milli komandasının üzvləri Hüseyn Məmmədli (-61 kq) gümüş mükafata, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medala sahib olub. 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, Santyaqo, Çili.