14-15 yaşlı yeniyetmə karateçilər Çilinin paytaxtı Santyaqda XI dünya çempionatını mükafatsız başa vurublar.
Turnirin ikinci günü Ramil Baxşəliyev (-52 kq), Rumil Cəfərli (-57 kq) və Arina Bezrebra (+54 kq) qələbənni əldən veriblər. 25 oktyabrda 16-18 yaşlı gənclər mübarizəyə qatılacaqlar.
Sultan Hüseynov (-55 kq), Hüseyn Məmmədli (-61 kq), Tale Yaqubov (-68 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Namiq Quliyevdən (+76 kq) başqa, Fidan Dadaşova (-48 kq), Polina Qurenko (-53 kq) və Ayla Rzazadə (-59 kq) tatamiyə çıxacaq.
Yeniyetmə və gənclərin növbəti dünya çempionatı 27 oktyabrda başa çatacaq.
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov, Santyaqo, Çili.
