Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Milli komanda Rusiyaya yollanıb

A+ a-
24 Sentyabr 2019 14:43

Böyüklərdən ibarət Azərbaycan milli komandası Moskvada təlim-məşqlərdədir. 23 sentyabrdan başlanan 10 günlük hazırlıqlarda 13 idmançımız iştirak edir.

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz və böyük məşqçi Qurban Tağıyevin rəhbərliyi altında təlim-məşqlərə Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq) İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) qatılıb. Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərovun (kata) hazırlıqlarda iştirak etməsini məqbul sayıb.

Təlim-məşqlər başa çatdıqdan sonra karateçilərimiz 4-6 oktyabr tarixlərində Rusiyanın paytaxtında Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar. Yarışlarda heyətə daha 7 idmançımız qatılacaq. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov