Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

"Olimpiya ümidləri" beynəlxalq yubiley turniri keçiriləcək

A+ a-
20 Sentyabr 2019 14:05

27-29 sentyabr tarixlərində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ənənəvi beynəlxalq turnir keçiriləcək. Bu dəfə "Olimpiya ümidləri" adlandırılan yarış, 6-13 yaşlı uşaqlar arasında təşkil olunacaq.

Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək. 28 sentyabr saat 17:00-da turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət olunacaq. Yarışda 10-dan artıq ölkə idmançılarının iştirakı gözlənilir. 

 "Olimpiya ümidləri" turunirinin əsasnaməsini (ingilis dilində) buradan yükləyə bilərsiniz.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov