Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

WKF Hakimlər komissiyasının rəsmiləri seminar keçirəcək

A+ a-
31 Iyul 2019 14:16

Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyasının rəsmiləri Bakıya gələcək.

Azərbaycan Milli Karate Federasiyasının dəvəti ilə paytaxtımıza təşrif buyuran komissiya sədri Xavyer Eskalante (İsveç), komissiya katibinin asisstenti Fariba Madani (ABŞ) və komissiyanın üzvü Cavad Səliminin (İran) rəhbərliyi ilə 16 avqustda yerli hakim və məşqçilərə növbəti seminar keçiriləcək.

Nəzəri seminarın iştirakçılarına sertifikatlar təqdim olunacaq. Seminarda bütün hakim və məşqçilərin iştirakı vacibdir. Hakimlər rəsmi referi geyimində, məşqçilər isə idman geyimində olmalıdırlar. Tədbirlə bağlı əlavə məlumat veriləcək.

  

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov