Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Türkiyədə Qara dəniz və Xəzəryanı ölkələrin növbəti karate çempionatı keçiriləcək

A+ a-
17 Iyul 2019 13:32

23-25 avqust tarixlərində Türkiyənin Rizə şəhərində uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Qaradəniz və Xəzər dənizi ətrafı ölkələrin növbəti karate çempionatı keçiriləcək.   

Əsasnaməyə görə 7, 8 və 9 yaşlı idmançılar yalnız fərdi və komanda kata yarışlarında çıxış edəcək. Rizə Kapalı Spor Salonunda yarışda 10 yaşdan yuxarı idmançılar isə həm fərdi kata və kumite, həm də komanda kata və kumite yarışlarında mübarizə aparacaqlar.

Rəhbəri Azərbaycan Milli Karate Federasiyasının prezidenti olan Qaradəniz və Xəzər dənizi ətrafı ölkələr Karate Federasiyaları təşkilatının çempionatı son üç ildə iki dəfə Sumqayıt və Bakıda olub. Bu təşkilata, Dünya Karate Federasiyasına (WKF) daxil olan Azərbaycanla birgə region dövlətlərindən Türkiyə, Bolqarıstan, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan karate federasiyaları daxildir. 

Çempionatda iştirak etmək istəyən yerli klublar federasiyaya müraciət etsinlər. Nüfuzlu yarışın əsasnaməsi ilə tanış ola bilərsiniz. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov