Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

"Olimpiya ümidləri" beynəlxalq yubiley turniri keçiriləcək

A+ a-
10 Iyul 2019 14:59

27-29 sentyabr tarixlərində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ənənəvi beynəlxalq turnir keçiriləcək. Bu dəfə "Olimpiya ümidləri" adlandırılan yarış, 6-13 yaşlı uşaqlar arasında təşkil olunacaq.

Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək. 28 sentyabr saat 17:00-da turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət olunacaq. Yarışda 10-dan artıq ölkə idmançılarının iştirakı gözlənilir. 

 "Olimpiya ümidləri" trunirindən bir gün əvvəl tanınmış Azərbaycan karateçilərinin rəhbərliyi ilə seminar nəzərdə tutulub. Yarışın əsasnaməsini buradan yükləyə bilərsiniz.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov