Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Böyüklərin 29-cu, eşitmə qüsurlu idmançıların isə ilk Respublika çempionatı keçirilib

A+ a-
10 Yanvar 2022 10:00

     9 Yanvar tarixində Fövqaladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Kompleksində Böyüklər arasında 29-cu Respublika Çempionatı keçirilib. 

Yarışa əsasən paytaxt, həmçinin müxtəlif bölgələrdən 14 klubu təmsil edən 94 idmançı qatılıb. 

     

     Fərdi kata çıxışlardan əlavə kumite yarışlarında kişilər -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq çəki dərəcəsində, qadınlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəkilərdə mübarizə aparıb. Əminağa Quliyev (-60 kq, DİN İC), Tural Ağalarzadə (-67 kq, MKM), Tural Ələkbərli (-75 kq, FHN), Ayxan Mamayev (-84 kq, Qara-Qaplan) Əli Cəfərov (+84 kq, MKM), Roman Heydərov (kata, FHN), eləcə də Fidan Teymurova (-50 kq, Qara-Qaplan), Mədinə Sadiqova (-55 kq, Qara-Qaplan), Renata Ərəbli (-61 kq, MKM), Zöhrə Alverdiyeva (-68 kq, MKM) və Fəridə Əliyeva (+68 kq, MKM) və Zöhrə Qurbanzadə (kata, MKM) Respublika çempionu olub. 

     

     Ümumi komanda hesabında Mərkəzi Karate Məktəbi (MKM) 1-ci, Qara-Qaplan 2-ci, Fövqalədə Hallar Nazirlyinin İdman klubu isə 3-cü yeri tutub. 

     

     Böyüklərin növbəti Respublika çempionatı ilə birgə ilk eşitmə və nitq qabiliyyəti məhdud əlil idmançıların ölkə çempionatı keçirilib. Azərbaycan Milli Karate Federasiyasının Azərbaycan Karlar Cəmiyyətinə göstərdiyi dəstək və müxtəlif ləvazimatlarla təminatı sayəsində onlarla gənc "Qara Qaplan" klubunun bazasında baş məşqçilər Seymur Xudaverdiyev (kişilər) və Şahin Xudaverdiyevin (qadınlar) rəhbərliyi altında iki ildir ki, məşqlər sayəsində fərqlənən idmançılar Elnur Qasımzadə, Şaiq Osmanov, Sahib Sahibli, Elmin Hüseynli və Elvina Orucova mayın ilk günlərində Braziliyada Deaflimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək. Mayın 1-dən 15-dək davam edəcək 21 idman növü üzrə Deaflimpiya Oyunlarında karateiçlərimiz 2-4 May tarixlərində yarışacaq. 

         

    

Media və İctimsaiyyətlə İşlər katibi Sənan Məhərrəmov