Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karate üzrə mİlli komandamız məşqlərin bir hissəsini dəniz kənarında keçirir

A+ a-
12 Avqust 2014 23:00

     Azərbaycan Milli Karate Federasiyasının 20 illik tarixində ilk dəfə bu il mayın əvvəlində Finlandyada komandalar arasında Avropa çempionu olan milli komandamızın növbti hədəfi payızda dünya çempionatında da uğurla çıxış etməkdir. Bu məqsədlə karateçilərimiz noyabrın ilk günlərində Almaniyanın Bremen şəhərində mötəbər yarışa hazırlıqlara başlayıb. 

     İdmançılarımız Şəfa İdman Sağlamlıq Mərkəzində əsas təlim-məşqlərin bir hissəsini Nardaran çimərliklərində keçirir. Qazaxıstan seçmə komandasının bir neçə üzvü bu dəfə də idmançılarımızla birgə hazırlıqlar keçməyə üstünlük veriblər. 

     Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi Rəşad Hüseynov, həmçinin komandanın üzvləri qarşıda duran ciddi vəzifənin öhdəsindən gəlmək üçün bacarıqlarını əsirgəməyəcəklərini bildiriblər. Zədəsi yeni bərpa olan Rəfael Ağayev və Türkiyədə seminara dəvət alan Şahin Atamov hələki təlim-məşqlərdə iştirak etmirlər. Milli komandamızı sentyabrın birinci yarısında iki yarış gözləyir. Karateçilərimiz əvvəlcə İstanbulda nüfuzlu Premyer Liqa turnirinə, ondan bir həftə sonra isə paytaxtımızda növbəti "Baku Open" turnirinə qatılacaqlar. 

     İdmançılarımızın durumu və planlaşdırılarn işlər barədə baş məşqçi R.Hətəmov müsahibəsində ətraflı məlumat verib. Əməkdar məşqçi ili uğurla başa vurmaqla bağlı nikbin fikirdədir. 

 

 
Şəkillərə buradan baxa bilərsiniz.