Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və Gənclər Qran Pri turnirini 10 medalla başa vurdu

A+ a-
14 Yanvar 2019 08:49

Yeniyetmə və Gənclərdən ibarət seçmə komandalarımız 28-ci Xorvatiyada Qran Pri turnirindən yüksək nəticə ilə dönür. Samobor şəhərində 23 ölkədən 1621 karateçinin iştirakı ilə ənənəvi yarışda idmançılarımız 10 medal qazanıb. Mükafatlardan dördü qızıl, biri gümüş, beşi isə bürüncdür.

Roman Heydərov (kata) 18-20 yaşlı gənclər və böyüklər arasında yarışların qalibi olub. Kata turnirində digər təmsilçimiz Ceyhun İsmayılov isə 16-17 yaşlı gənclər arasında birinci pilləyə qalxıb. 

Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, -57 kq) qızıl medal, Murad Hacızadə (18-20 yaşlı gənclər, +84 kq) gümüş, Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, -47 kq), 16-18 yaşlı gənclərdən Mədinə Sadıxova (-48 kq) və Tural Yaqubov (-68 kq), 18-20 yaşlı gənclərdən isə Müseyib Məmmədov(-60 kq) və Emil Güləhmədov (-84 kq) bürünc mükafat qazanıb. 

Karateçilərimizi 8-10 fevral tarixlərində Danimarkanın Aalborq şəhərində Avropa çempionata gözləyir. Bu məsul yarışa hazrılığın bir hissəsi kimi Xorvatiya Qran Prisinə qatılan aşağı yaşlı seçmə komandalar iki gün sonra təlim-məşqləri davam etdirəcək. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov