Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Xorvatiya Qran Prisində medallar səkkizə çatdı

A+ a-
13 Yanvar 2019 02:02

Xorvatiyayanın Samobor şəhərində 28-ci Qran Pri turnirində mübarizə aparan Gənclərdədn ibarət seçmə komandanın üzvləri ötən gün 6 medala sahib olub.

18-20 yaşlılarda Roman Heydərov (kata) qızıl medal,  Murad Hacızadə (+84 kq) gümüş, Müseyib Məmmədov (-60 kq), Emil Güləhmədov (-84 kq), eləcə də 16-18 yaşlı gənclər arasında Tural Yaqubov (-68 kq) və Mədinə Sadıxova (-48 kq) bürünc mükafat qazanıb. 2 yarış günündən sonra yeniyetmə və gənclər seçməsinin turnirdə nəticəsi 2 qızıl, 1 gümüş və 5 bürünc medala çatdı. Bazar günü digər idmançıların nəticələri məlum olacaq. 

11-13 yanvar tarixlərində ənənəvi yarışda yeniyetmə və gənclər seçmə komandamızın 22 üzvü iştirak edir. Qran Pri turnirinə 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi qatılıb.

Xorvatiya sərfəri karateçilərimiz üçün 8-10 fevral tarixlərində Danimarkanın Aalborq şəhərində Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov