Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Növbəti seminar və imtahanlar keçiriləcək

A+ a-
09 Yanvar 2019 16:15

     2-3 fevral tarixlərində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında Şotokan karate üzrə növbəti seminar, kyu və dan imtahanı keçiriləcək.

     Seminar və imtahana AMKF-in prezidenti Yaşar Bəşirov və kata üzrə milli komandanın baş məşçqisi Vahid Ayvazov rəhbərlik edəcək. Seminarın ilk günü kihon, kata və kumite texnikası işlənəcək. Ertəsi gün isə imtahan olacaq. 

     Seminara qeydiyyat 25 yanvardan başlanacaq. İştirakçılar ənənəvi karate geyimində və öz dərəcələri üzrə kəmərlərdə olmalıdır. 

     Novbəti seminar ve imtahan AMKF-ın prezidenti Yaşar Bəşirov və baş təlimatçı Vahid Ayvazovun rəhbərliyi ilə keçhiriləcək. Seminarın ilk günü kihon, kata və kumite texnikası işlənəcək. Ertəsi gün isə imtahan olacaq. Seminarın qrafiki aşağadakı kimidir:

2 fevral

Saat 10:00-13:00, 15:00-18:00.     

3 fevral

Saat 10:00 imtahan.

     Seminarla bağlı əlaqələndirici şəxs V.Ayvazovdur (tel: 0514842552)

     2019-cu ildə nəzərdə tutulmuş digər seminar və imtahanlar 11-12 may, 12-13 oktyabr və 21-22 dekabr tarixlərində təşkil ediləcək. 

 

Merdia və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov