Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli komanda Qəbələdə təlim-məşqlərdədir

A+ a-
08 Yanvar 2019 09:43

     Karateçilərimiz 2019-cu il mövsümünə hazırlıqlara başlayıb. Bu məqsədlə Qəbələdə böyüklərdən ibarət milli komandanın təlim-məşqləri keçirilir.

     Baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev (kumite) və Vahid Ayvazovun (kata üzrə baş məşqçi) rəhbərliyi ilə hazırlıqlara milli komandanın əsas və əvəzedici heyəti qatılıb. Mövsümün ilk təlim-məşqləri 21 yanvarda başa çatacaq.

     Karateçilərimiz ayın 23-də Fransaya, Karate1 Paris Premyer Liqasına yola düşəcəklər. Ilboyu milli komandamızı Paris, Dubay, Rabat, Şanxay, Tokio, Moskva və Madriddə  Premyer Liqa yarışları, Zalsburq, İstanbul, Monreal və Santyaqoda A seriyası turnirləri, həmçinin martın sonunda İspaniyanın Quadalaxara şəhərində 54-cü Avropa çempionatı və Minskdə 2-ci Avropa oyunları gözləyir.

     Karate1 seriyasından olan Premyer Liqa və A seriyası turnirləri daxil olmaqla, bü rəsmi yarışlar idmançılara dünya reytinqindən əlavə Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya verən reytinq xalları qazandırır. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov.